📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

2022-10-01 09:27:00

Tbilisinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Hurriyyet.az xəbər verir ki, teleqüllə Bakı Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun Gürcüstana səfəri ilə əlaqədar Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Qeyd edək ki, sabah Tbilisidə "Tbilisoba" şəhər bayramı keçiriləcək. Eldar Əzizov bayram tədbirlərində iştirak edəcək. (APA)