Teatrın əməkdaşlarının maaşı 8 aydır niyə verilmir? - Nazirlikdən açıqlama
2022-11-04 12:23:00
"Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir".
Bu barədə Yenisabah.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib:
"Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".