📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏBİB 16 min uşaqla bağlı məlumat yaydı

2026-09-16 17:41:14

TƏBİB 16 min uşaqla bağlı məlumat yaydı

Ölkə üzrə 17-31 avqust tarixlərində 16 922 uşağa ümumilikdə 23 202 peyvənd tətbiq edilib.

Bu barədə Hurriyyet.media TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, peyvəndləmə tədbirləri TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planına uyğun olaraq həyata keçirilir. 

Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalmış və natamam immunizasiya olunmuş uşaqlar müəyyənləşdirilir.

Eyni zamanda valideynlər arasında maarifləndirmə işləri aparılır və uşaqların yaşına uyğun peyvəndlərlə tam əhatə olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.