TƏBİB-dən “xəstəliyim var, mənə vaksin olmaz” deyənlərə ÇAĞIRIŞ
2021-08-20 09:27:00
“Risk qrupunda olan şəxslər əvvəlcədən vaksinasiya üçün müraciət etməlidirlər”.
HURRİYYET.az xəbər verir ki, bunu AZTV-də çıxışında TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
“Ürək-damar xəstəlikləri, o cümlədən, hipertoniyası olanlar, şəkərli diabet, böyrək xəstəlikləri, xroniki ağciyər xəstəliyi olanlar vaksinasiya üçün birinci müraciət etməlidirlər. Çünki koronavirusa yoluxsa, ağır keçirə bilər, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Kiminsə şəkəri varsa, “mənə vaksin vurmaq olmaz” deyirsə, bu tamamilə səhv fikirdir. Elə birinci şəkər xəstəliyi olanlara vaksin vurulmalıdır”, - A.Qurbanov vurğulayıb.