TƏBİB Əməkdar artistin ölümü barədə məlumat YAYDI
2024-04-20 13:24:50
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Əməkdar artist Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb.
Hurriyyet.az xəbər verir ki, TƏBİB-in məlumatına görə, bu gün saat 12:03-də Cavanşir Məmmədovla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.
modern.az