📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏBİB əmr imzaladı, diş texniki həkim oldu - FOTOFAKT

2025-05-29 11:27:36

TƏBİB əmr imzaladı, diş texniki həkim oldu - FOTOFAKT

TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 18 aprel 2025-ci il tarixli 18-1/3-1-619/2025 saylı əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 23 May 2025-ilə qədər “diş texniki” vəzifəsində çalışan şəxs “diş həkimi” ştatına keçirilib.

Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Arzu Teymurov, diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Sərdarov Ağalar Məcid oğludur.

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq. Amma günlərdir sorğuya münasibət bildirilmir, "aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək" deyilir.

teleqraf.az