📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏBİB: Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir

2024-01-27 13:39:55

TƏBİB: Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir

1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, Həmid Herisçinin səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

Qeyd edilib ki, Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.