📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏBİB-in tabeliyində olan xəstəxanalarda yenə elektron sistem çökdü

2024-09-14 11:43:01

TƏBİB-in tabeliyində olan xəstəxanalarda yenə elektron sistem çökdü

Azərbaycanda Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrindəki İcbari Tibbi Sığortaya bağlı olan elektron sistem çöküb.

Hurriyyet.az-ın məlumatına görə, ölkə üzrə tibb mərkəzlərinə gedən vətəndaşlar elektron sistemin işləməməsi səbəbindən xidmətlərdən yararlana bilmir. Müraciət edən vətəndaşlar geri qaytarılırlar.

Bu səbəbdən xəstəxanalarda növbələr də yaranıb.

unikal.az