Təbriz divarlarında “Azadlıq, ədalət, Milli Hökumət” şüarları yazıldı
2022-06-21 12:41:00
İyunun 20-i axşam saatlarında Təbrizdə bir qrup güneyli milli mədəni fəal Azərbaycan Türk Millətinin əsas şüarları olan “Azadlıq, ədalət, Milli Hökumət” şüarı və azərbaycanlı siyasi məhbusların şəkillərinin yer aldığı posterlər hazırlayıb, şəhərin divarlarına yapışdırmaqla onlara azadlıq tələb ediblər.
8 güneyli siyasi məhbusun şəkillərinin əsk olunduğu posterlərdə azərbaycanlı siyasi məhbuslara azadlıq tələbi ilə “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” şüarı və Azərbaycan Türk Millətinin əsas şüarı olan “Azadlıq, ədalət, Milli Hökumət” sözləri yazılıb.
Ülviyyə, Hurriyyet.az