📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbriz klubunun qapıçısı "Sumqayıt"a keçdi

2026-09-19 20:48:26

Təbriz klubunun qapıçısı

"Sumqayıt" klubu heyətinə daha bir yeni futbolçu transfer edib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Təbrizin "Traktor" kollektivində çıxış etmiş qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı isveçli qolkiper Sumqayıt təmsilçisində "16" nömrəli formada mübarizə aparacaq.

Marko Yohansson karyerası boyunca "Hamburq", "Bohum", "Ayntraxt" kimi komandalarda çıxış edib. O, vətəni İsveçin U-15–U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.