📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayıldı

2022-10-08 13:48:00

Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayıldı

Təbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə sosial mediada məlumat yayılıb. Məlumatda Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi deyilir.
Həbslərin SEPAH-ın Kəşfiyyat Təşkilatı və İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının kəşfiyyat bölməsinin əməkdaşlığı ilə həyata keçirlidiyi qeyd olunub.
Məlumat barədə hələlik rəsmi açıqlama verilməyib və İran mediası xəbər yaymayıb.

Ülviyyə, Hurriyyet.az