📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbrizdə böyük qiyam xəbərdarlığı

2022-08-30 15:49:00

Təbrizdə böyük qiyam xəbərdarlığı

Təbrizin bir sıra rayonlarında divarlara hökumətə xəbərdarlıq vərəqələri yapışdırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi məsələlərin yer aldığı vərəqələrdə Azərbaycan və fars dillərində “Azərbaycan xalqının böyük qiyamı yoldadır” məzmunlu şüarlar yazılıb.