Təbrizdə etirazların qanla yatırılmasına etiraz olaraq aksiya keçirildi
Güney Azərbaycanın bir sıra şəhərində dinc etirazların qanla yatırılmasına etiraz olaraq divarlara şüarlar yazılıb. Belə ki, Təbrizin bir çox bölgələrində azərbaycanlı fəallar divarlara aksiyaların qanla yatırılmasını pisləyən şüarlar yazıblar.
Azərbaycanlı fəallar Təbrizdə divarlara “Məhbus öyrənciləri azad edin”, “Azərbaycan xalqı övladlarına qarşı repressiyalara dözməyəcək”, “Güney Azərbaycan var olsun, Pişəvəri yolun davamlı olsun”, “Azadlıq, ədalət, Milli hökumət” və s. şüarlar yazıblar.
Qeyd edək ki, molla rejimi xüsusilə Güney Azərbaycanda və Təbriz Universitetində dinc etirazçılara qarşı vəhşicəsinə davranıb.
Güney Azərbaycanda hazırda çox sayda həbs olunanlar var və etirazlarda neçə-neçə dinc etirazçı qətlə yetirilib və yaralanıb.
Ülviyyə, Hurriyyet.az