Təbrizdə hərbi təyyarə qəzaya uğradı
2022-02-21 18:01:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İran ordusuna məxsus F-5 qırıcı təyyarəsi Təbriz beynəlxalq hava limanı yaxınlığında yerə düşüb. Nəticədə 3 nəfər həlak olub.
Təyyarə düşdüyü bölgədə bir avtomobilə və məktəbin divarına çırpılıb. Təyyarədəki iki nəfər ilə avtomobildəki bir nəfər həlak olublar. Məktəbdə dərs günü olmadığı üçün şagirdlər olmayıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Hürr Tərcüman
