Təbrizdə siyasi məhbuslara dəstək aksiyaları davam edir
Son günlər Ərdəbil və Təbrizdə həbsdə olan güneyli siyasi məhbuslara dəstək aksiyaları davam etməkdədir.
İyunun 21-i gecə saatlarından başlayaraq Təbrizin bir çox məhəllələrinin divarlarına yenidən siyasi məhbusların fotoları təsvir olunan afişalar yapışdırılıb. Abbas Lisani, Əkbər Nəimi, Məhəmməd Əbdi, Abbas Nikrəvan və başqa milli-mədəni məhbusların fotoları əks olunan afişalarda “siyasi məhbuslarımız qəhrəmanlarımızdır” sözləri yazılıb.
Bundan öncə, iyunun 19-da oxşar aksiya Ərdəbil şəhərində baş tutub və şəhərin küçələrinə siyasi məhbusların fotolarının yer aldığı banerlər asılıb.
İyunun 20-də isə 8 güneyli məhbusun fotoları təsvir olunan afışalarda “Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq” və “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.
Ülviyyə, Hurriyyet.az