📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbrizdə Urmu gölünün müdafiəsinə qalxan azərbaycanlı fəal həbs edildi 

2023-08-03 15:20:00

Təbrizdə Urmu gölünün müdafiəsinə qalxan azərbaycanlı fəal həbs edildi 

Azərbaycan İnsan Haqları Cəmiyyəti – ƏRK-in məlumatına görə, son vaxtlar ətraf mühit sahəsində fəallıq göstərən və Urmu gölünün qurumasına etiraz edən azərbaycanlı fəal bazar günü günorta saatlarında iş yerində (mağazasında) həbs edilib.
Şahidlərdən birinin sözlərinə görə, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin Təbrizdəki idarəsinin əməkdaşları milli fəal Rza Rastqarın mağazasına basqın edərək, onu bir neçə saat saxlayıb və mobil telefonunu müsadirə ediblər.
O, Urmu gölünü müdafiə etməkdə və geyiminin üzərinə Urmu gölünün təsvirini həkk etməkdə ittiham olunur.

Ülviyyə, Hurriyyet.az