📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylanılıb

2022-05-04 14:57:00

Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylanılıb

Mayın 3-də Təbrizdə mədəni fəallar Müəllim Günü münasibətilə aksiya keçirib və uşaqlara türkcə kitablar paylayıblar.

Həmçinin, fəallar tanınmış güneyli alim və tarixçi Məhəmmədtağı Zehtabinin qısa bioqrafiyasını əks etdirən afişalar yayıblar.

Qeyd edək ki, professor Məhəmmədtağı Zehtabi (Kirişçi) türk dili, ədəbiyyatı və tarixi ilə bağlı çox saylı araşdırma və əsərlərin müəllifidir.

Ülviyyə, Hurriyyet.az