📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təbrizin millət vəkilindən AÇIQLAMA: "Urmu gölü siyasi oyunların qurbanına çevrilib"

2022-07-26 13:40:00

Təbrizin millət vəkilindən AÇIQLAMA:

Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi Məsud Pezeşkiyan, "Urmu gölü siyasi oyunların qurbanına çevrilib" ifadələri ilə gölün siyasi oyunlar və hakimiyyətdaxili qarşıdurmaların qurbanı olduğunu, bərpa işlərini iflic etdiyini deyib.
"Quraqlıq, su qıtlığı, yanlış idarəetmə ilə yanaşı, siyasi çəkişmələr və qrup maraqları Urmu gölünün bərpası üçün bacarıqlı kadrların arxa planda qalmasına səbəb olub"-deyə, o vurğulayıb.
Millət vəkili Urmu gölünün quruması nəticəsində ətraf əyalət və bölgələrlə yanaşı, daha çox şərqi bölgələrə mənfi təsir göstərəcəyini söyləyib.
Onun sözlərinə görə, Təbrizdən başlayaraq Tehranın yaxınlığına qədər 14 milyon nəfər duz fırtınalarının mənfi təsirləri ilə üzləşəcək.

Ülviyyə, Hurriyyet.az