📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

2026-10-03 17:43:46

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.

Sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Sözügedən şəxsin pakistanlı iş adamı Zain Buxari olduğu bildirilir. Diana Bağıyevanın iş adamından 2.5 milyon Pakistan rupisi (təxminən 15 min manat) pul aldığı iddia olunur.

Bildirilir ki, Diana Bağıyevanın Zain Buxari və onun 25 illik yaxın dostu, parça ticarəti ilə məşğul olan Şabir Əhməd (Nəqaş kimi də tanınır) arasında ixtilafın yaranmasına da səbəb olub. Nəticədə onların dostluğu pozulub, Zain Buxari isə onu Dianadan ayırmağa çalışdığı üçün "Nəqaş"ı öldürməyə cəhddə ittiham edilib.

Pakistan mediasında yayılan digər xəbərlərə görə, Diana Bağıyeva hazırda ailə üzvləri ilə ünsiyyətə qəti şəkildə can atmır. Onun yaxın vaxtlarda Azərbaycana qayıtması gözlənilir.

Xatırladaq ki, 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Lahorda təcavüzə məruz qalıb./oxu.az/