📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Təcavüzkarın ağzına yumruq vurulmalıdır" - İran rəsmisi

2026-03-10 17:54:26

"Biz qətiyyən atəşkəs axtarmırıq". 

"Unikal" xəbər verir ki, İslam Şurası Məclisinin spikeri Məhəmməd Baqer Qalibaf X hesabında yazıb. 

"Biz inanırıq ki, təcavüzkarın ağzına yumruq vurulmalıdır ki, o, dərs alsın və bir daha sevimli İranımıza hücum etmək barədə düşünməsin.

Sionist rejimi öz utancverici varlığını dominantlığını möhkəmləndirmək üçün "müharibə - danışıqlar - atəşkəs və sonra yenidən müharibə" dövrünün davam etməsində görür. Biz bu dövrü qıracağıq", - deyə o qeyd edib.