📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

2026-11-15 11:16:01

TƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Hurriyyet.net  bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi noyabrın 16-sı gündüzədək davam edəcək.

Bu günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü 3-4 metrə, sonrakı inkişafda isə 5,5-7,5 metrə çatacağı proqnozlaşdırılır.