TƏCİLİ! Azərbaycanda vəzifəli şəxs iş otağında qətlə yetirildi
2021-10-08 14:44:00
Goranboyda qətl hadisəsi baş verib.
Hurriyyet.az APA-ya istinadən bildirir ki, hadisə Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında baş verib.
Mərkəzin direktoru, 1958-ci il təvəllüdlü Əhmədov Ziyad Ələs oğlu iş otağında bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs saxlanılıb. Onun kimliyi dəqiqləşdirilir.