📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! Daha bir azərbaycanlı Ukraynada ruslara ƏSİR DÜŞDÜ

2022-04-22 10:22:00

TƏCİLİ! Daha bir azərbaycanlı Ukraynada ruslara ƏSİR DÜŞDÜ

Ukraynada yaşayan azərbaycanlı Hafiz Tapdıq oğlu Qasımov Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə H.Qasımovun yaxınları sosial şəbəkdə məlumat veriblər.

62 yaşlı Hafiz Qasımov 5 gün əvvəl Zaporojye vilayəti Enerqodar şəhərində mülki geyimdə əsir düşüb.

Bu barədə ailəsinə Ukraynadan bildirilib. Onun rusların əlində olduğuna dair video da var.

H.Qasımov 80-ci illərdən Ukraynada yaşayır. Enerqodar şəhərinin müdafisəində iştirak edən həmyerlimiz Enerqodar Atom Elektrik Stansiyasında çalışıb.