📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ! Əməliyyat zamanı polisə xəsarət yetirildi

2022-06-30 09:57:00

TƏCİLİ! Əməliyyat zamanı polisə xəsarət yetirildi

Yevlaxda əməliyyat zamanı polisə xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Yevlax rayonunun Hacıselli kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsi barədə Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşları həmin əraziyə gediblər.

Narkotik tərkibli bitkilərin əkilib-becərdilməsini təşkil edən əvvəllər məhkum olunmuş, kənd sakini Röyal İsmayılov saxlanılarkən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib. Ərazidən 50 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Musavat.com