TƏCİLİ! Müdafiə Sənayesi Nazirliyinin zavodunda PARTLAYIŞ oldu, YARALI var
2022-06-08 19:26:00
Müdafiə Sənayesi Nazirliyinin Şirvan "Araz" zavodunda sursat partlayıb.
Nazirlikdən verilən məlumata görə, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.
"Bir nəfər - Almazov Razi əlindən və bud nayihəsindən xəsarət alıb. Şirvan şəhər xəstəxanasından həkimlər həyati qorxusunun olmadığını bildiriblər", - məlumatda bildirilir. \\Trend