📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ: Ukrayna müdafiə nazirinə sui-qəsd edildi

2024-08-08 15:50:32

TƏCİLİ: Ukrayna müdafiə nazirinə sui-qəsd edildi

Rusiya Federasiyasının Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb.

Hurriyyet.az Rusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.

“Kiyevdə onun yanında partlayıcı qurğu işə salınıb, naziri təcili yardım maşını ilə aparıblar. Xəstənin vəziyyəti hələlik məlum deyil”, – Roqov qeyd edib.

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb./Tribunainfo.az/