TƏCİLİ! Ukraynadan Rusiyaya KÜTLƏVİ HÜCUM - 28 nəfər...
2024-08-07 11:21:34
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə kütləvi hücumları nəticəsində xəsarət alanların sayı 28-ə çatıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə regionun baş cərrahı Andrey Loktionov bildirib.
Onun sözlərinə görə, Sudjanski və Korenevski rayonlarında yaşayan 28 mülki şəxs yaralanıb.
Loktionov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində tibb müəssisələrinə çatdırılan yaralılar əsasən yanıq xəsarətləri və qəlpə yaraları alıblar.