📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

TƏCİLİ: Xocavənddə PARTLAYIŞ - Xəsarət alan var

2026-08-02 15:28:03

TƏCİLİ: Xocavənddə PARTLAYIŞ - Xəsarət alan var

Bu gün işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində mina hadisəsi baș verib.

AANAMA-dan Media-ya verilən xəbərə görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.