📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təcili yardım maşını piyadanı vurdu - Xəstəxanada öldü+Video

2026-10-17 10:06:04

Təcili yardım maşını piyadanı vurdu - Xəstəxanada öldü+Video

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsində təcili tibbi yardım avtomobili piyadanı vurub.

Hurriyyet.net  xəbər verir ki, hadisə dünən günün ikinci yarısında baş verib.

Məlumata görə, piyada 75 yaşlı Əyyub Babayev hadisədən dərhal sonra Yeni Klinikaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Daha ətraflı “Xəzər TV”nin süjetində: