📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi - Foto

2026-10-06 14:04:18

Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi - Foto

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib.

Hurriyyet.net  xəbər verir ki, Oqtay İsmət oğlu Gözəlov mərkəzin direktoru təyin olunub.

Qeyd edək ki, O.Gözəlov peşəkar fəaliyyətinə həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib.

2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. 

Xatırladaq ki, daha əvvəl Mirələm Cəlalov bu vəzifədə çalışıb. O, bu ilin aprelində işdən azad olunub.