📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tədris Cərrahiyə Klinikası məhkəmə qarşısında - Keçmiş işçisi nə tələb edir?

2024-02-09 17:43:07

Tədris Cərrahiyə Klinikası məhkəmə qarşısında - Keçmiş işçisi nə tələb edir?

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikası məhkəməyə verilib. 

Hurriyyet.az xəbər verir ki, iddiaçı Abdullayeva Səbinə Abdulla qızıdır. Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Səbinə Abdullayevin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. 

Əldə etdiyimiz məlumata görə, Səbinə Abdullayeva bir müddət əvvəl işdən çıxarılıb. O, rəhbərliyin qərarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət edib. 

qaynarinfo.az