“Təhminə” ən zərərli filmdir: “Zaur”ların sayı artıb...
2022-08-19 17:36:00
““Təhminə” ən zərərli filmlərimizdəndir. Təhminəyə görə yox: istedadlı, xoşbəxtlik axtaran bədbəxt qızdır. Zaura görə: avara, atasının hesabına yaşayan yekəbaş gədədir”.
Hurriyyet.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünar Əkrəm Həsənov sosial şəbəkədə paylaşıb. FHN-də Zaur adlı polkovniklə bağlı baş verən son qalmaqalın fonunda Ə. Həsənov fikirlərini belə davam etdirib:
“Amma təəssüf ki, qadınların xeyli hissəsinin belələrindən xoşu gəlir. Film də bu obrazı populyarlaşdırıb. Elə “Zaur” adını da. Nəticədə “zaur”ların sayı da artıb...”