📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehran ABŞ-ın bazalarını hədəfə aldı - İraq BMT TŞ-yə İrandan şikayət etməyə hazırlaşır

2024-01-16 11:42:40

Tehran ABŞ-ın bazalarını hədəfə aldı - İraq BMT TŞ-yə İrandan şikayət etməyə hazırlaşır

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Ərbil şəhərindəki mövqelərə zərbələr endirməsi ilə bağlı İraq BMT-nin Təhlükəsizlik Şurasına şikayət eləməyə hazırlaşır. Bağdad Tehranın zərbələrinin respublikanın suverenliyini pozduğunu hesab edir. Bu barədə açıqlamanı İraq XİN verib.
Bəlli olduğu kimi, ötən gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu Şimali İraq Kürd Muxtariyyətinin inzibati mərkəzi olan Ərbil şəhərinə ballistik raket zərbələri endirib. İranın hədəfi oradakı ABŞ bazaları olub.
İran eyni zamanda İŞİD terror təşkilatının Suriyadakı bazalarını da hədəfə alıb.
İraq XİN-in "Feysbuk" şəbəkəsindəki açıqlamasında raket zərbələrinin yaşayış binalarına düşdüyü və mülki əhali arasında itkilərə səbəb olduğu bildirilir.
Hürr Tərcüman