Tehran: "ABŞ-la danışıqlarda husilər müzakirə mövzusu olmayıb"
2024-03-14 17:38:56
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İran Britaniyanın "Financial Times" nəşrində dərc olunmuş, Tehran-Vaşinqton danışıqları barəsində məlumatın tam dəqiq olmadığını bildirib.
İRNA agentliyinə açıqlama verən anonim mənbə bu ilin yanvar ayında, omanlı məmurların vasitəçiliyi ilə aparılmış danışıqların mövzusunun sırf İrana qarşı sanksiyaların ləğv edilməsi məsələsi olduğunu bildirib, husilərlə bağlı məsələnin qaldırılmadığını bildirib.
Hürr Tərcüman