Tehran: "Avropanın İranın daxili işlərinə qarışması yolverilməzdir"
2022-10-12 12:50:00
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian öz “Tvitter” hesabında yazıb: “Fransanın xarici işlər naziri xanım Katrin Kolonna ilə telefon danışığım oldu. Razılaşdıq ki, qarşılıqlı maraq və hörmət əlaqələrdə başlıca prinsip olmalıdır”.
“Avropanın İranın daxili işlərinə müdaxiləsinə etirazımı bildirdim. Avropa Birliyi İrana qarşı qadağa qoyarsa, oxşar addımı atacağıq”, deyə o, əlavə edib.
Ülviyyə, Hurriyyet.az