Tehran Bakıdan izahat tələb etdi
2023-03-31 15:12:00
Tehran Azərbaycan hakimiyyətindən izahat tələb edib. Belə ki, izahatın məğzi bu ifadələri əks etdirir:
“İran İsrail XİN nazirinin Azərbaycan XİN naziri ilə “İrana qarşı vahid cəbhə yaratmaq” haqqında razılaşmaya dair bəyanatlarını İsrailin Azərbaycan ərazisini İranın milli təhlükəsizliyi üçün təhdid halına gətirmək kimi mənfur niyyətlərinin növbəti sənədi kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyir". Bunu İran XİN-nin rəsmi nümayəndəsi Naser Kənani deyib.
O, İsrail və Azərbaycanın xarici işlər nazirlərinin bəyanatlarını onların əməkdaşlığının anti-İran yönümlü olmasının səssiz razılığı adlandırıb və Azərbaycan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edib.
Ülviyyə, Hurriyyet.az