📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehran İrəvanı Zəngəzur dəhlizi layihəsindən necə çıxdaş etməkdədir...

2023-10-10 11:18:23

Tehran İrəvanı Zəngəzur dəhlizi layihəsindən necə çıxdaş etməkdədir...

Ötən həftə Azərbaycan və İran ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Zəngilanda Araz çayının sol sahili boyunca uzanan nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycanı Naxçıvanla birləşdirəcək Şərqi Zəngəzur dəhlizinin təməlinin qoyulması ilə bağlı ilk mərasim olub.

Hazırda regionda vəziyyət dəyişib və Azərbaycan Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra Bakı ilə Tehran arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

İran əvvəlki kimi Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizi layihəsinin NATO üçün “tramplin rolu” oynaya biləcəyini əsas gətirərək ona qarşı çıxır. Bununla yanaşı, Tehran Azərbaycanı Naxçıvanla, daha sonra Türkiyə ilə birləşdirən nəqliyyat kommunikasiyalarının öz ərazisindən keçməsində maraqlı olduğunu gizlətmir.

Rəsmi Bakı artıq Ermənistan ərazisindən dəhliz açmaq üçün hər hansı hərbi planın olmadığını açıqlayıb. Azərbaycan və Türkiyə liderləri qeyd ediblər ki, Ermənistan öz ərazisindən nəqliyyat dəhlizinin açılmasına razılıq verməsə, o zaman İran ərazisindən keçən Şərqi Zəngəzur dəhlizi marşrutuna üstünlük veriləcək.

Ülviyyə, Hurriyyet.az