📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehran İrəvanla işbirliyində dəridən-qabıqdan çıxır: İran-Ermənistan birgə əməkdaşlıq komissiyasına Araz Azad iqtisadi Zonasını da qatır

2022-05-04 15:24:00

Tehran İrəvanla işbirliyində dəridən-qabıqdan çıxır: İran-Ermənistan birgə əməkdaşlıq komissiyasına Araz Azad iqtisadi Zonasını da qatır

Araz Azad İqtisadi Zonası İran-Ermənistan birgə əməkdaşlıq komissiyasının 17-ci iclasında fəal iştirak edir
İran və Ermənistan arasında imzalanan əməkdaşlıq sənədi iki ölkənin İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Birgə Komissiyanın sədrlərinin iştirakı ilə İranın Energetika Nazirliyində Araz Azad İqtisadi Zonası Təşkilatının da iştirakı ilə mübadilə edilib.
İranın Qafqaz və Avrasiya İdarəsinin sədri bu barədə deyib: “Araz Azad İqtisadi Zonası sözügedən Birgə Komissiyanın 6 ayda bir dəfə hər iki ölkədə iclaslar təşkil edəcək işçi qrupunun üzvlərindən biri kimi iştirak edəcək və Avrasiya İqtisadi Sazişinə əsasən, malların və tələb olunan məhsulların siyahılarının mübadiləsi üçün birgə ticarət konfransları keçiriləcək və bu barədə xəbərlər dərc ediləcək”.
O, habelə Ermənistanla iqtisadi əlaqələrin əhəmiyyətinə diqqət çəkərək, İranda mədəniyyət və tibb sahələrindən, Ermənistanda isə turizm imkanlarından istifadə oluna biləcəyini qeyd edib.
Xatırladaq ki, son illərdə İran hakimiyyəti Xocalı qatilləri olan faşist ermənilərlə hərtərəfli əlaqələrinin inkişaf etdirilməsi üçün dəridən-qabıqdan çıxır. Təbii ki, bu da İran rejiminin Qarabağ savaşından sonra Azərbaycan və Türkiyənin bölgədə söz sahibi olduqlarını həzm edə bilməməsindən xəbər verir.

Ülviyyə, Hurriyyet.az