Tehran məhkəməsi Trampa və ABŞ-ın digər nüfuzlu şəxs və qurumlarına 50 milyard dollara yaxın cərimə cəzası kəsib
Hurriyyet.az xəbər verir ki, İran məhkəməsi ABŞ-ın indiki hakimiyyətini və keçmiş siyasətçilərini general Qasım Süleymaninin ölümündə müqəssir hesab edərək, onlara 50 milyard dollara yaxın cərimə cəzası verib.
Tehranın Baş Məhkəməsi ABŞ hökumətinin və 41 nəfər hüquqi və fiziki şəxsin Süleymaninin qətlinə görə 49,7 milyard dollar məbləğində cərimə ödəməli olduqlarını bəyan edib.
Bu barədə məlumatı İRNA agentliyi verib.
Qasım Süleymani İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Əl Qüds” qüvvələrinin komandanı olub.
Qiyabi şəkildə cərimə cəzasına məhkum olunanlar siyahısında ABŞ-ın eks-prezidenti Donald Trampın, ABŞ-ın keçmiş Dövlət katibi Mayk Pompeonun, keçmiş müdafiə naziri Mark Esperin, Silahlı Qüvvələr Qərargahları Rəisləri Komitəsinin keçmiş sədri Mark Milli, ABŞ SQ Mərkəzi Komandanlığının (SENTKOM) keçmiş rəisi Kennet Makkenzinin adları var. ABŞ Dövlət Departamenti, MN, Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi, SENTKOM və ABŞ Federal Ehtiyatlar Sistemi də cərimə ödəməlidirlər.
Məhkəmənin qərarına görə, Süleymaninin qətlində ittiham edilənlərin hamısı ictimai şəkildə üzr istəməlidirlər və üzrün mətni yerli nüfuzlu nərşlərdən birində dərc edilməlidir.
Hürr Tərcüman