Tehran Putinlə Rəisinin görüşməsini istəyir
Hürriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehran yaxın günlərdə Rusiya ilə İran prezidentlərinin görüşəcəyinə ümid edir.
İran İslam Rezpublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan rusiyalı həmkarı Sergey Lavrovda görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edərkən, üstün səviyyəli ikitərəfli strateji əməkdaşlıq münasibətlərinin təsdiqlənməsi üçün Tehranın yaxın zamanlarda Rusiya ilə İran prezidentlərinin iki paytaxtdan birində görüşəcəyinə ümidvar olduğunu söyləyib.
Abdullahiyan deyib: “Rusiya bizim xarici siyasətimizdə prioritet yer tutur, biz də RF-ni strateji tərəfdaş kimi qəbul edirik”. İran naziri tez bir zamanda strateji əməkdaşlıq barəsində sənədin müzakirəsinə başlaması barəsində tərəflərin razılaşdıqlarını qeyd edib.
Xatırladaq ki, Vladimir Putin ilə İbrahim Rəisi arasında sentyabr ayında baş tutması planlaşdırılan görüş Putinin özünü təcrid etməsi səbəbindən təxirə salınmışdı.
Hürr Tərcüman