📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehran respublikasının "təlxək politoloqu" Azərbaycana qarşı "ənənəvi sərsəmləmələr" seriyasından növbəti hədyan ortaya atdı

2023-01-13 11:41:00

Tehran respublikasının

Azərbaycana xüsusi “sevgi bəsləyən” iranlı politoloq Ehsan Movaxedianın Azərbaycanın ünvanına təhqir və aqressiya dolu paylaşımlarına dəfələrlə rast gəlmişik. Bu o qədər təkrarlanıb ki, artıq buna adətkərdə olmuşuq.

Bu dəfə də Tehran respublikasının muzdlu"politoloqu" Moxavedian Azərbaycanın ünvanına hədyanlar paylaşıb, Azərbaycanın vaxtilə İrana məxsus olduğunu bir daha xatırladıb. Amma bu doza ona bəs etməyib. Tehran respublikasının "təlxəyi" bu dəfə Türkiyənin də “ana İran imperiyasının” bir hissəsi olduğunu əlavə edib. Onun sözlərinə görə, Türkiyənin yarısı Roma İmperiyasının, digər yarısı isə İran İmperiyasının tərkibində olub.

Biz sözümüzün ünvanına çatacağını bilirik, bu səbəbdən "sözü atırıq ki, sahibi götürsün". Bakıdakı Tehran respublikasının səfirliyi təlxəyinə çatdırsın ki, hazırkı İran ərazisi bineyi-qədimdən Azərbaycan imperiyasının (imperiyaların adları fərqli olub) tərkibində olub. Deyəsən, "politoloq"un İran ərazisində "at oynadan" narkotik dozası artıq düşüb, ona görə sərsəmləyir...

Ülviyyə, Hurriyyet.az