Tehran-Şimal dəmir yolu bu səbəbdən BAĞLANDI
2022-07-29 15:50:00
İranda daşqın və sel nəticəsində 12 nəfər ölüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin İran nümayəndəliyinin açıqlamasında bildirilir.
Məlumata görə, Sistan və Bəlucistan əyalətlərində 5, Tehranda 7 nəfər ölüb. 14 nəfər itkin düşüb. Bu müddət ərzində 3667 nəfərə yardım göstərilib.
Tehran-Şimal dəmir yolu sel və daşqınlar səbəbindən bağlanıb. Bu barədə İran Dəmir Yolları Şirkəti məlumat yayıb.
Qeyd olunub ki, daşqın Rəşt-Məhabad dəhlizi boyu uzanan Tehran-Şimal dəmir yolu xəttinin bir hissəsini dağıdıb.