Tehran “Suxoy-35” almaq ümidi ilə Rusiyaya pilotsuz təyyarə verib?
İranın təkbaşına qırıcı istehsal etmək gücü olmadığına görə Tehranın “Suxoy-35” almaq ümidi ilə Rusiyaya pilotsuz təyyarə verdiyi bildirilir. Bu barədə İranlı ekspert Mohsen Cəlilvənd “İran diplomatiyası” saytında yazır:
“Ümumiyyətlə, İranın müdafiə və hərbi gücü raket və pilotsuz uçuş aparatlarına arxalanaraq çəkindirici amilə əsaslanır. Yəni İranın çəkindirici hərbi və müdafiə gücü hərbi hava qüvvələrinə və qırıcılara əsaslanmır. Çünki İran-İraq müharibəsindən sonrakı son bir neçə onillikdə qabaqcıl qırıcı təyyarələrin olmaması və onları istehsal edə bilməməsi səbəbindən İran balans yaratmaq və bu boşluğu doldurmaq üçün raket və pilotsuz təyyarə imkanlarını təkmilləşdirməyə çalışıb.
Buna görə də, müasir qırıcıların olması və ya olmaması İranın müdafiə xarakterli çəkindirici gücündə dönüş nöqtəsi sayılmır.
Son zamanlar siyasi, diplomatik və media dairələrində Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz təyyarələrindən istifadə etməsi məsələsi son dərəcə aktuallaşıb: hansı ki, Kiyevlə Tehran arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinə səbəb olub.
Bununla bağlı, İranın Ukrayna müharibəsində istifadə etmək məqsədilə Rusiyaya PUA satması ilə bağlı mümkün ssenarilərdən biri də İslam Respublikasının “Suxoy-35” qırıcısını almaq cəhdlərindən qaynaqlanır...”.
Ülviyyə, Hurriyyet.az