Tehranda İran, Azərbaycan və Türkiyə nümayəndələrinin görüşü olacaq
2022-01-31 14:10:00
Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə təmsilçilərinin Tehranda görüşü keçiriləcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə yanvarın 31-də keçirdiyi mətbuat konfransında deyib.
Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
İran XİN rəsmisi görüşün dəqiq tarixini açıqlamayıb.