📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var

2026-08-09 12:38:55

Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var

İranın Tehran vilayətinin Nəsirabad sənaye şəhərciyindəki obyektdə yanğın qeydə alınıb.

Hurriyyet.Media  İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Telegram" kanalına istinadən xəbər verir ki, yanğın alışqan istehsalı ilə məşğul olan obyektdə baş verib.

"Bu gün səhər Tehran vilayətinin Rubat Kərim bölgəsindəki Nəsirabad sənaye şəhərciyində baş vermiş yanğın nəticəsində 1 nəfər həyatını itirib və 5 nəfər yaralanıb", - Təcili Tibbi Yardım Xidmətinin məlumatından sitat gətirilib.