Tehranda SEPAH-a hücum edildi
2022-07-22 14:49:00
Tehranda SEPAH-ın qərargahına növbəti hücum baş verib.
Belə ki, iyulun 20-i yerli vaxtla gecə saat 22:30 radələrində Tehranın Qüds şəhərciyində yerləşən İran İnqilab keşikçiləri Korpusunun qərargahına hücum edildiyi və orada bir neçə partlayışın baş verdiyi bildirilir. Bu, son iki ayda SEPAH-ın Tehranda yerləşən qərargahlarına edilən sayca dördüncü hücumdur. Hadisə ilə bağlı İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatı məlumat yaysa da, hücumun məsuliyyətini bir başa öz üzərinə götürməyib və bunun "üsyan mərkəzləri"nin əməliyyatı olduğunu bildirib.
Ülviyyə, Hurriyyet.az