Tehranda SEPAH-ın kazarmasında partlayışlar oldu - VİDEO
2023-01-16 14:09:00
Yanvarın 15-i gecə saatlarında Tehranın mərkəzində İnqilab Keşikçiləri Korpusunun təhlükəsizlik kazarmasında ardıcıl bir neçə partlayış meydana gəlib.
Hurriyyet.az xəbər verir ki, bu barədə görüntüləri “Azad İran” Telegram kanalı yayıb.
Qeyd edək ki, SEPAH-ın təhlükəsizlik qüvvələrinin törətdiyi cinayətlərin ardınca hökumət binalarına və qurumlarına hücum, od vurma və dağıdılması həyata keçirilir.
SEPAH-ın təhlükəsizlik kazarması ən vacib və ciddi mühafizə olunan mərkəzlərdən biridir. Amma azadlıqsevər xalqa və gənclərə qarşı basqılara cavab olaraq həmin məkan da xalqın və gənclərin qəzəb atəşindən kənarda qalmayıb.
bizim.media