📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranda xəstəxanada güclü yanğın baş verdi

2024-01-25 20:21:43

Tehranda xəstəxanada güclü yanğın baş verdi

İranın Tehran şəhərində Qandi xəstəxanasının bir neçə mərtəbəsində yanğın baş verib.

Bu barədə paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki ISNA agentliyinə məlumat verib.

“Bir neçə dəqiqə əvvəl eyniadlı küçədə yerləşən Qandi Xəstəxanasında yanğın baş verib”, – Maleki bildirib.

Onun sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın gedib.

Yanğının səbəbləri və ölənlər barədə hələlik məlumat verilmir. \\Konkret.Az