📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehrandan BƏƏ-yə ŞOK İTTİHAM: "Təcavüzkarlarla birləşib problem yaradırsınız"

2026-05-04 12:56:06

Tehrandan BƏƏ-yə ŞOK İTTİHAM:

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Baqai Birləşmiş Ərəb Əmirliklərini ölkəsinin düşmənləri ilə yaxınlaşmaqda ittiham edərək bu addımın ciddi problemlər yaratdığını bəyan edib.
Hurriyyet.az  xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Baqai son 50 gün ərzində BƏƏ-nin davranışlarının "qeyri-münasib" olduğunu xüsusi vurğulayıb.
O, Əmirliyin təcavüzkar tərəflərlə bir cəbhədə yer almasının regionda sabitliyə xələl gətirdiyini bildirərək, regional ölkələrin baş verən hadisələrdən lazımi dərslər çıxaracağına ümid etdiyini qeyd edib.