📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehrandan diplomatik ŞOK: "Biz həm şahmat, həm də poker oynayırıq"

2026-08-24 16:27:14

Tehrandan diplomatik ŞOK:

İran uzun müddətdir beynəlxalq siyasətdə şahmat qaydaları ilə hərəkət etsə də, son illərdə poker strategiyasını da mənimsəyib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Baqai keçirdiyi həftəlik brifinqdə sensasion bəyanatla çıxış edib.

"Biz uzun müddət şahmatçı olmuşuq; son illərdə eyni zamanda poker oyunçusuna çevrilmişik, bir müddətdir isə hər iki oyunun kombinasiyasını oynayırıq", – deyə İran XİN nümayəndəsi vurğulayıb.

İsmayıl Baqainin bu bəyanatı Qərbin İrana qarşı tətbiq etməyə hazırlaşdığı yeni iqtisadi sanksiyalar və Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Tehranın xarici siyasətdə daha çevik, riskli və gözlənilməz gedişlər edəcəyinə dair açıq siqnal kimi qiymətləndirilir.